Məxfilik siyasəti

Sizdən adınızı, telefon nömrənizi və e-mail ünvanınızı soruşacağıq. Bu yolla rezervasiya zamanı sizinlə əlaqə saxlayacaq, sizin tələbinizlə hər hansı bir problem olduqda sizinlə əlaqə saxlayacaq və ya sizə rezervasiyanın elektron təsdiq nümunəsini göndərəcəyik. Əgər siz bizim üzvümüzsüzsə biz məlumata sizin üzvlük nömrənizi əlavə edirik, rezervasiya proseslərinin surətləndirilməsi üçün biz müştərilər haqqında verilənlər bazasını saxlayırıq.
Müştərilər haqqında verilənlər bazasının məxfiliyini təmin etmək üçün biz aşağıdakı siyasəti həyata keçiririk: Nəqliyyat vasitələrinin icarəsi biznesinin idarəedilməsi sisteminin təminatı və təkmilləşdirilməsi məqsədilə biz qeydlərimizin bir hissəsi kimi hazırki veb səhifə vasitəsilə bizə təqdim edilmiş şəxsi məlumatları saxlayacağıq. “Avis Rent A Car” Sistemi adı altında fəaliyyət göstərən beynəlxalq qrupun bir hissəsi olaraq biz vaxtaşırı olaraq bu sistem adı altında fəaliyyət göstərən digər şirkətlərlə (Avropa daxilində və xaricində fəaliyyət göstərən) məlumat mübadiləsi aparacağıq, buraya veb səhifə ilə təqdim edilən məlumatlar da daxil edilə bilər. Sizin razılığınızı almayana qədər sizin şəxsi məlumatlarınız digər məsqədlərlə istifadə edilməyəcəkdir. IP ünvan: veb səhifəyə daxil olan zaman biz sizin IP ünvanınız barədə məlumatları toplayacağıq. Bu yolla ISP (İnternet Xidməti Provayderi) müəyyən ediləcəkdir, bu məlumtda bir fərd kimi sizin haqqınızda heç bir məlumat yoxdur. Bu vasitəsilə biz veb səhifəmizə daxilolmaların haradan olması barədə məlumat əldə edirik.