Azərbaycanda Novruz bayramı: yeni ili qarşılamaq üçün təşkil olunan ənənəvi şənliklər

Getmək Azərbaycanda Novruz bayramı: yeni ili qarşılamaq üçün təşkil olunan ənənəvi şənliklər


Azərbaycana bahar gəlir...Yaz fəslinin gəlişi ilə yeni ili qarşılamaq üçün təşkil olunan bir-birindən maraqlı və rəngarəng şənliklər ölkədəki həyatı daha da canlandırır. Həm yazın gəlişini, həm də təbiətin oyanışını müjdələyən ənənəvi Novruz bayramı Azərbaycan xalqı üçün xüsusilə əzizdir. Şadyanalıq, birlik və mədəni zənginliyin nümayiş etdirildiyi bu bayramda saysız-hesabsız şənlik tədbirləri keçirilir və xoş ətirli, dadlı-ləzzətli ənənəvi yeməklər hazırlanır. Biz bu köşə yazısında Azərbaycanda Novruz bayramına aid maraqlı adətləri, eləcə də bu bayramdan maksimum dərəcədə faydalanmağınız üçün avtomobil icarəsinin sizə necə kömək edə biləcəyini araşdıracağıq.

 

“Novruz” nə deməkdir?

Farsca “nov” (yeni) və “ruz” (gün) sözləri işığın zülmətə qalib gəlməsini və yeni həyat dövrünün başlanğıcını bildirən “Novruz” sözünün mənbəyidir.

Bu qədim adət uzun illərdir ki, yaşadılır və 2009-cu ildə YUNESKO Novruz bayramını Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil etmişdir.

Hazırlıq və şənliklər: Hələ Novruzun gəlişinə bir neçə həftə qalmış Azərbaycanda ailələr geniş yaz təmizliyinə başlayır ki, bu da bir növ həm evin, həm də ruhun yenilənməsi deməkdir. Küçələr parlaq bayram dekorasiyaları ilə bəzədilir, bayram yeməkləri üçün alış-veriş etmək istəyən insan izdihamı dükan-bazara axışır.

Novruz bayramını ən çox tanıdan simvollardan biri də xoşbəxtlik, uğur və bolluq rəmzi olan yeddi simvolik əşya (şam, buğda, şirniyyat, badam, rəngli yumurta və s.) ilə bəzədilmiş möhtəşəm xonçadır.

Novruz şənlikləri zamanı mərasim və adətlər insanları bir araya gətirir. Hər bir Novruz adəti özü-özlüyündə dərin məna daşıyır və həm ailə, həm də dostlarla birgə qonaq ziyarətindən tutmuş, paklıq rəmzi kimi tonqal üzərindən hoppanmağa qədər insanlar arasında birlik və əlaqəni təşviq edir.

 

Ənənəvi bayram yeməkləri

Novruz bayramını uzun illər süfrələri bəzəyən bir-birindən fərqli və dadlı yeməklərsiz, şirniyyatsız təsəvvür etmək mümkün deyil. Novruzda milli yeməklərin bolluğu göz qamaşdırır – süfrələrə plov və qoz-fındıqlı şəkərburalar düzülür.

 

Novruz bayramında avtomobil icarəsi  

Novruz bayramının gözəlliyini tam şəkildə yaşamaq və Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmaq üçün rahat və komfortla səyahət edə bilmək çox vacibdir. Siz avtomobil icarəsi sayəsində Bakı və onun hüdudlarını asanlıqla aşaraq istədiyiniz bayram şənliyində iştirak edə bilərsiniz.

İcarəyə götürülmüş avtomobil vasitəsilə siz bəzək-dekor əşyalarını almaq üçün Bakının izdihamlı marketlərinə səfərlərdən tutmuş ənənəvi bayram mərasimlərini yaxından görmək üçün ucqar kəndlərə səyahətə qədər Novruz tətilini öz arzu və istəklərinizə uyğunlaşdıra biləcəksiniz.

Azərbaycanda Novruz insanları bir araya gətirən şən və mədəni bayram dövrüdür və bahar mövsümünün yaxınlaşması ilə qədim adət-ənənələr yenidən canlanır. Novruz maraqlı bayram mərasimləri və ləziz yeməkləri olan Azərbaycan mədəniyyətinin qəlbinə heyrətamiz bir səyahətdir.

Bu gözəl bayramın bir saniyəsini belə qaçırmamaq üçün Bakıda avtomobil icarəsi sayəsində Novruz səyahətinizə artıq bu gün başlaya bilərsiniz.

Avtomobil icarəsini indi planlaşdırın və Azərbaycanda şən əhval-ruhiyyəli Novruz bayramını bütün gözəlliyi ilə qeyd edin!