Dil seçimi:
Sifarişlər Xidmətlər Nəqliyyat Uzunmüddətli kirayə və avtoparkın kirayəsi Kirayə bələdçisi Müştəri xidməti Biz kimik Əlaqə
Kirayə bələdçisi

Avtomobil qrupları
Müddət və şərtlər
Dünya üzrə ofislər



 Müddət və şərtlər

NECƏ SİFARİŞ ETMƏLİ
• Online olaraq www.avis.az saytına daxil olmalı və sifariş et düyməsini basmaqla
reservations@avis.az elektron ünvanına sorğu göndərməklə
• Sifariş mərkəzinə zəng vurmaqla: (+994 50) 223 02 48...

AVTOMOBİLİN İCARƏYƏ GÖTÜRÜLMƏSİ
Avtomobili icarəyə götürən zaman sizdən sürücülük vəsiqənizi, şəxsiyyət vəsiqənizi və kredit kartınızın təqdim edilməsini xahiş edəcəklər.
• Sizə icarə müqaviləsi təqdim ediləcək və siz öz imzanızla onu təsdiqləyəcəksiniz. Həmin • Müqavilədə sizə təqdim olunan bütün əlavə xidmətlər və sığorta öz əksini tapacaq.
• Avtomobili sizə təhvil verərkən ona ümumi baxış keçirmənizi və üzərindəki bütün zədələrin əks edildiyi təhvil-təslim aktına imza atmanızı xahiş edəcəklər. Bunu etməkdə məqsəd sizdən əvvəl avtomobil üzərində mövcud olan  zədələrə görə məsuliyyət daşımamağınızdı.
Sonda sizə avtomobilin açarları ilə birlikdə icarə müqaviləsinin və təhvil-təslim aktının nüsxələri təqdim olunur - və siz artıq öz yolunuzdasınız!

SÜRÜCÜLÜK VƏSİQƏSİ VƏ YAŞ MƏHDUDİYYƏTLƏRİ
B,C,D siniflərindən olan avtomobillərimizi idarə etmək üçün minimum 2 illik sürücülük təcrübəsi və minimum 22 yaşın olması tələb olunur.
E,F,G,H siniflərindən olan avtomobillərimizi idarə etmək üçün minimum 2 illik sürücülük təcrübəsi və minimum 25 yaşın olması tələb olunur.
I,J,K siniflərindən olan avtomobillərimizi idarə etmək üçün minimum 2 illik sürücülük  təcrübəsi və minimum 27 yaşın olması olması tələb olunur.

İCARƏ MÜDDƏTİ
İcarə ən azı 24 saat (1 sutka) müddətinə bağlanılır.

QİYMƏTLƏR NƏ DAXİLDİ
Təqdim olunan qiymətlərə məhdudiyyətsiz yürüş, avtomobilin təmiri və texniki yardım, avtomobilin və sərnişinlərin sığortası daxildir. Yanacaq və digər əlavə xidmətlər müştəri tərəfindən ödənilir. Yanacaq çəni müştəriyə dolu təhvil verilir və müştəri tərəfindən dolu təhvil alınır. Əks təqdirdə istifadə olunmuş yanacağa görə əlavə hesab təqdim olunur.

DİGƏR SÜRÜCÜLƏR
İcarəçidən əlavə avtomobili idarə edəcək digər şəxslər də olarsa, İcarə müqaviləsi bağlanan zaman həmin şəxslərin sürücülük vəsiqələri də təqdim edilməlidir. Əks təqdirdə sığorta öz etibarlılığını itirmiş hesab olunur və icarəçi digər sürücü ilə birlikdə AVIS-in əmlakına vurulmuş zərər və ziyana görə, eləcə də 3-cü tərəf qarşısında maddi və hüquqi məsuliyyət daşıyır.

AVTOMOBİLİN LAZIM OLAN ÜNVANA ÇATDIRILMASI VƏ GERİ ALINMASI
Avtomobillərin ofislərin iş saatı ərzində Bakı şəhərinin istənilən yerinə çatdırılması və geri alınması pulsuz həyata keçirilir. Bakı şəhərindən kənara və AVIS-in ofisləri olmayan ərazilərə avtomobillərin çatdırılması və geri alınması müəyyən ödəniç müqabilində həyata keçirilir.
Əlavə məlumat üçün AVIS-in ofislərinə muraciət edin.

GECİKDİRMƏ
Əgər avtomobil razılaşdırılmış vaxtdan sonra qaytarılarsa, əlavə hər saata görə gündəlik qiymətin 1/3 hissəsi qədər əlavə ödəniş aparılır. 3 saatdan artıq gecikdirməyə görə isə qiymətin üzərinə əlavə 1 günün qiyməti də əlavə  olunur.

ÖDƏNİŞ
Ödəniş avtomobil icarəsi sona çatdıqdan sonra aparılır. Ödəmə həm nağd, həm də kredit kartı vasitəsilə həyata keçirilir(Visa, Master Card, American Express, Avis Charge).

YOL HƏRƏKƏTİ CƏRİMƏLƏRİ
Avtomobilin icarəsi zamanı yol hərəkəti qaydalarının pozulması nəticəsində yaranan inzibati məsuliyyəti müştəri daşıyır.

HAVA LİMANINA GİRİŞ RÜSUMU
Bu xüsusi rüsum hava limanına çatdırılma və ordan geri alma zamanı tətbiq olunur. Əlavə məlumat üçün AVIS ofisinə müraciət edin.

AVIS-IN DİGƏR XİDMƏTLƏRİ
GPS, uşaq oturacaqları və digər xüsusi avadanlıqlar kiçik ödəniş müqabilində əldə oluna bilər.

XÜSUSI QEYDLƏR
Yol qəza hadisəsi baş verərsə, avtomobilin hadisə yerindən tərpədilməməli və sığortanın keçərli olması üçün hadisə barəsində polisdən arayış alınmalı və sürücü yaxındakı polis şöbəsində alkoqol müayinəsindən keçməlidir. Yol qəza hadisəsi barəsində sığortanın səlahiyyətli nümayəndəsinə məlumat verilməlidir. Sığortanın əlaqə nömrələri avtomobilin sənədləri içərisində olur. Daha ətraflı məlumat almaq üçün AVIS ofislərinə müraciət edin.

Gözlənilməz hadisə zamanı AVIS ofisinə (+994 12) 4975455 və ya 24 saat açıq olan məlumat mərkəzinə (+994 50) 223 02 48 zəng vurun.

SIĞORTA
AVIS üçün zəruri şərtlərdən biri icarəçilərin tələblərinə uyğun tam sığortalı olmasıdır. AVIS 3 növ sığorta təklif edir: 1) yol qəza sığortası 2) Oğurluq sığortası 3) Məsuliyyətin sığortası

Ətraflı məlumat üçün AVIS ofislərinə müraciət edin

Yol qəza sığortası
AVIS-dən avtomobil icarəyə götürərkən sizə əlavə ödəniş müqabilində yol qəza hadisəsi zamanı avtomobilə dəyən ziyanın sığortalanmasını təklif edəcəklər. İcarə müddəti ərzində siz avtomobilə dəyən heç bir maddi ziyana görə maliyyə məsuliyyəti daşımayacaqsız. Bu sığorta avtomobilin tam dəyəri ilə məhdudlaşır. Əgər siz bu sığortanı əldə etmirsizsə, onda avtomobilə dəyən bütün maddi ziyana görə məsuliyyət daşıyacaqsınız.
Yol qəza hadisəsi baş verərsə, avtomobil hadisə yerindən tərpədilməməli və sığortanın keçərli olması üçün hadisə barəsində polisdən arayış alınmalı və sürücü yaxındakı polis şöbəsində alkoqol müayinəsindən keçməlidir.

Əgər hətta icarəçi yol qəza hadisəsi barəsində vaxtında məlumat verərsə aşağıdakı hallarda da dəymiş maddi ziyana görə məsuliyyət daşıyacaq:

  • Hadisə zamanı sürücü alkoqol və narkotik maddələrin təsiri altındadırsa;
  • Əgər hadisə sürət həddinin aşması nəticəsində baş verərsə və rəsmi olaraq qəzanın səbəbi kimi göstərilərsə

Ətraflı məlumat üçün icarə müqaviləsinə baxın və ya AVIS ofislərinə müraciət edin.

Oğurluq sığortası
AVIS icarəyə götürülmüş avtomobil üçün əlavə təhlükəsizlik vasitələri təklif edir.
Oğurluq sığortası icarəyə götürdüyünüz avtomobili və onun hissələrini oğurlanmaqdan qoruyur, bir şərtlə ki, bu oğurluq hadisəsi rəsmi orqanlarda, məsələn polisdə qeydə alınmış olsun. Bu halda icarəçi avtomobilin və onun hisslərinin oğurlanmasına görə heç bir məsuliyyət daşımır. Əgər bu sığorta alınmazsa, sürücü avtomobil və onun hissələrinin oğurlanmasına məsuliyyət daşıyır.

Məsuliyyətin sığortası
3-cü şəxslər üçün məhdud müdafiəni təmin edən bu sığorta növü AVIS şirkətinin avtomobili istisna olmaqla digər avtomobil və avtomobildən kənarda olan şəxslər, eləcə avtomobildən kənarda olan obyektlərə dəymiş ziyana görə icarəçini məsuliyyətdən azad edir. Bu sığorta növü ölüm, bədən xəsarəti və 3-cü şəxslərin əmlakına dəyən ziyanın sığortalanmasını əhatı edir (maksimum 5 nəfər).

SİFARİŞİN DƏYİŞDİRİLMƏSİ/LƏĞV EDİLMƏSİ
Siz internet vasitəsilə online sifariş verdikdən sonra sizin elektron poçtunuza təsdiq məktubu gələcək. Əgər siz sifarişə düzəlişlər etmək istəyirsiznizsə dəyiş düyməsini basın və ya sifarişi ləğv edin.
Online sifariş verdikdən sonra əmin olun ki, sizin hazır sifariş kodunuz var.

Alternativ olaraq sifariş vermek üçün AVIS ofislərinə zəng vurun (+994 12) 4975455 və ya reservations@avis.az  elektron ünvanına e-mail göndərə bilərsiniz.

UZUNMÜDDƏTLİ İCARƏ
Şərtlər və qiymət haqqında daha ətraflı məlumat almaq üçün AVIS ofislərinə müraciət edin.


Avtomobil icarəsi
Uzunmüddətli kirayə
Sürücü xidməti
Aeroport transferləri
Beynəlxalq sifarişlər
GPS naviqasiya

Uzunmüddətli kirayə və avtoparkın kirayəsi
Avtomobil grupları
Müştəri xidməti
Əlaqə
AVIS Azərbaycan
AVIS-ın beynəlxalq şəbəkəsi
© 2008-2010 Avis Azerbaijan | VORX