AVIS-in dünyada ilk ofisi 1946-cı ilin yayında Detroyt şəhəri yaxınlığında yerləşən Willow Run Aeroportunda açılmışdı.
AVIS dünyada avtomobil icarəsi ilə məşğul olan ilk təşkilatlanmış şirkətdir. Onun əsası 1946-cı ildə Warren Avis tərəfindən qoyulmuşdu. 1956-cı ildə avtoparkdakı avtomobillərin sayı 1200 ədədə çatmışdı.
1957-ci ildən etibarən AVIS genişlənərək San Fransisko, Sietl və Denver şəhərlərində də lisenziya əsasında fəaliyyət göstərən ofisləri açılmışdı. Bu dövrdən sonra AVIS həm Amerikada, həm də Avropada genişlənməyə başladı. 1962-ci ildə dünyada AVIS avtoparkının 7500 avtomobilə və illik dövriyyəsi isə 25 mln. ABŞ dollarına çatanda məhşur “We Try Harder” şüarı AVIS-in rəsmi şüarına çevrildi. 1965-ci ildə AVIS Meksika, İtaliya və Fransa bazarlarına da yol taparaq öz illik dövriyyəsini 74,5 mln-dan 425 mln. ABŞ dollarına artırdı. 60-cı illərin sonlarında AVIS artıq dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərirdi.
1976-cı ildə AVIS-in illik dövrəiyyəsi rekord həddə çataraq 433 mln ABŞ dolları həcmində və avtoparkında 112.000 avtomobil olmaqla dünyanın ən iri avtomobil icarəsi şirkətinə çevrilmişdi.
Hal-hazırda genişlənməkdə olan AVIS-in dünyanın 160 ölkəsində və 1400 hava limanında 5100-dən çox ofisi fəaliyyət göstərir. |