Biz bütün bu xidmətləri təklif edirik
Uzunmüddətli avtomobil icarəsinin (lizinq) operativ üstünlükləri:
- Bütün vəsait və imkanlarınızın əsas biznesinizin inkişafına istiqamətlənməsinə imkan yaradır.
- Avtoparkın idarə edilməsi xərclərinin və vaxtının ixtisar olunmasına imkan verir.
- Avtomobil sizin mülkiyyətinizə daxil olmadığı üçün sabit olmayan nəqliyyat vasitələri bazarında onu satmaq kimi promleminiz olmur.
- Avtomobil siyasətinizdə, avtomobilin əldə edilməsində, maliyyələşməsində, bütün mütəmadi xidmətlərin göstərilməsində, sığorta və nəqliyyat vasitləsinin satılmasında AVIS-in qabaqcıl təcrübəsindən yararlanmaq imkanı əldə edirsiz.
- İstədiyiniz müddət ərzində və özünüz müəyyən etdiyiniz kilometraja qədər avtomobilləri icarəyə götürmək imkanı əldə edirsiniz.
- Öz şirkətinizin nüfuzunu günün tələblərinə cavab verən baxımlı avtomobillərlə artırın.
- Qəza və ya avtomobilinizdə baş verən hər hansı nasazlıq zamanı avtomobiliniz digər avtomobillə əvəz olunaraq biznes fəaliyyətinizi davam etdirməyinizə imkan verir.
- Bütün sənədləşdirmə işi AVIS tərəfindən həyata keçirilir.
- Geniş çeşiddə və ən son model avtomobil seçim imkanı.
- Sizin şirkət avtomobil parkının idarə edilməsi üçün əlavə işçi və xərclərdən azad olmuş olur. Cari işçilərinizin avtomobil parkının idarə olunmasına vaxt itirmələrinə lüzum qalmır, bütün bunları biz sizin əvəzinizə edərik!
Uzunmüddətli avtomobil icarəsinin (lizinq) maliyyə üstünlükləri
Uzunmüddətli avtomobil icarəsi (lizinq) ilə bir çox xərclərə qənaət edə və mənfəət əldə edə bilərsiz:
- Siz avtomobil alınması üçün ayırdığınız maliyyə vəsaitlərinizi əsas biznes fəaliyyətinizə yönəldə bilərsiz.
- Siz avtomobili almaq əvəzinə icarəyə götürməklə vergi xərclərinizi azaltmış olursunuz.
- Avtomobil sizin mülkiyyətinizə daxil olmadığı üçün sabit olmayan nəqliyyat vasitələri bazarında onu satmaq kimi promleminiz olmur.
- Mühasibat sənədlərində avtomobillər şirkətin əsas vəsaitlərdə qeyd olunmayacaq.
- Ümumi kapitalinizi azaltmaqla investisiya imkanlarınızı genişləndirin
- Biznesin planlaşdırılması-avtomobil parkının maliyələşdirilməsi əvvəlcədən müəyyənləşmiş xərclər əsasında həyata keçirilir.
- Şirkətinizin mülkiyyətində avtomobil olmadığından onların saxlanması və istismar xərcləri də olmayacaq.
- Bütün mütəmadi texniki baxış, avtomobilin təmiri və texniki xidmət xərcləri AVIS tərəfindən ödənilir və avtomobilin aylıq icarə haqqına daxil edilir və bu da bir daha sizin avtomobil parkınızın idarə olunmasına çəkilən xərclərin əvvəlcədən dəqiq müəyyən edilməsinə imkan verir.
Bütün xidmətlər üçün yalnız bir hesab fakturası: Avtomobil icarəsi haqqı + sürücü + yanacaq + və s.